Satılacaq – 35 milyon avro verən olsa
“Bayern” fransalı müdafiəçisi Benjamin Pavarla yollarını ayıra bilər.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen klubu Pavarın satışından təxminən 35 milyon avro qazanmaq istəyir.
Pavar 2019-cu ildə “Ştutqart”dan “Bayern”ə keçib. O, komandası ilə Almaniya çempionluğunu, kubokunu və superkubokunu, həmçinin Çempionlar Liqası və UEFA superkubokunu qazanıb. Bundan başqa, Pavar Fransa millisinin heyətində dünya çempionu olub. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin