“Fulhem”lə “Bayern” arasında Palinya “düyün”ü

“Bayern” “Fulhem”in yarımmüdafiəçisi Joao Palinyanın transferi üçün müqaviləni öz şərtləri ilə həyata keçirməkdə qərarlıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klublar əlaqə saxlamağa davam edir, lakin hələlik heç bir irəliləyiş müşahidə edilməyib.

London klubu 28 yaşlı yarımmüdafiəçi üçün 70 milyon avro təzminat tələb etsə də, “Bayern” bu pulu ödəmək niyyətində deyil. Münhen klubu son təklifini çərşənbə axşamı edib. Lakin bu təklif tez bir zamanda rədd edilib.

Palinya hazırda Portuqaliya millisi ilə AÇ-2024-də oynamağa hazırlaşır. O, ümid edir ki, “Bayern” transferini ən qısa zamanda razılaşdıracaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button