“Bayern” Osimhenin transferindən əl çəkib

“Bayern” Viktor Osimheni transfer etmək fikrindən əl çəkib.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisi hazırda “Napoli”də forma geyinən forvardın transfer qiymətini çox baha hesab edir (120-150 milyon avro).

Bu səbəbdən, Bundesliqa klubu Kolo Muani (“Ayntraxt”) və ya Rasmus Hoylundu (“Atalanta”) almaq imkanını nəzərdən keçirir.

Muaninin transferi təxminən 120 milyon avroya başa gəlir. “Transfermarkt” portalı Hoylundun bazar dəyərini 35 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button