
“Bayern” müdafiəçisi ilə danışıqlar aparır
“Bayern”in prezidenti Herbert Hayner mərkəz müdafiəçisi Dayot Upamekano ilə yeni müqavilə haqda danışıqları şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Biz Upamekano ilə yeni müqavilə üzrə danışıqlar aparırıq. Əlbəttə, ümid edirəm ki, o, bizimlə uzun müddət qalacaq”.
Upamekano 2021-ci ilin yayından “Bayern”də çıxış edir. Onun Münhen klubuyla hazırkı müqaviləsi gələn ilin yayında başa çatacaq. 26 yaşlı müdafiəçi bu mövsüm bütün yarışlarda 9 matçda iştirak edib və qol vurmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



