
Noyerə yeni müqavilə təklif ediləcək
“Bayern” rəhbərliyi komandanın qapıçısı Manuel Noyerlə yeni müqavilə imzalamağı planlaşdırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu qolkiperə 2026-cı ilin ortalarına qədər qüvvədə olacaq yeni müqavilə təklif etmək niyyətindədir. Noyerin “Bayern”lə mövcud müqaviləsi 2025-ci ilin yayında başa çatır.
38 yaşlı futbolçu 2011-ci ilin iyulundan Münhen klubunda çıxış edir. O, bu mövsüm Almaniya Bundesliqasında 2 oyun keçirib və 2 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin