“Bayern” fransalı hücumçu üçün danışıqlara start verib

“Çelsi”nin 27 yaşlı hücumçusu Kristofer Nkunku karyerasını Almaniyada davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern” londonlularla fransalı futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb.

Nkunku özü də Münhen təmsilçisinə qoşulmaq istəyini bildirib. “Çelsi” də onu satmaqda israrlıdır, ancaq “Bayern” icarə variantını nəzərdən keçirir.

Tərəflər arasında hələ razılıq əldə olunmasa da, “Bayern”in idman direktoru Maks Eberl danışıqlara ciddi yanaşır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button