
“Bayern” alman hücumçu üçün danışıqları təxirə salıb
“Ştutqart”ın hücumçusu Nik Voltemadenin “Bayern”ə mümkün transferi ilə bağlı danışıqlar müvəqqəti olaraq dayandırılıb.
Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Tərəflər bir neçə telefon danışığından sonra 23 yaşlı futbolçunun transferi ilə bağlı müzakirələri Klublararası dünya çempionatı başa çatana qədər dayandırmaq qərarına gəliblər. Turnirin sonuna kimi “Bayern” “Ştutqart”a rəsmi təklif göndərməyəcək.
Almaniyalı futbolçu son mövsümdə bütün turnirlərdə 33 oyunda iştirak edib, 17 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Daha əvvəl yayılan xəbərlərə əsasən, onun transferi “Bayern”ə 60-70 milyon avroya başa gələ bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



