“Bayern” onu, o isə Premyer Liqanı istəyir

Ceymi Bayno-Gittens yay transfer dönəmində Dortmund “Borussiya”sını tərk edə bilər.

Komanda.az xaric KİV-ə istinadən xəbər verir ki, “arılar”ın rəhbərliyi ingiltərəli yarımmüdafiəçi ilə 50 milyon avroya vidalaşmağa hazırdır.

20 yaşlı oyunçuya İngiltərə Premyer Liqası klubları və “Bayern” maraq göstərir. Onun özü isə İngiltərəyə köçməyə üstünlük verir.

Gittens bu mövsüm Bundesliqada 28 oyunda iştirak edib, 8 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button