
Almaniyalı futbolçunun daha bir “müştəri”si var
Almaniya millisinin və “Bayer”in yarımmüdafiəçisi Florian Virts “Bayern”in maraq dairəsindədir.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, Münhen klubu almaniyalı futbolçunu gələn yay almaq niyyətindədir.
“Bayern” Virts uğrunda mübarizədə “Real”la yarışacaq.
21 yaşlı futbolçunun “əczaçılar”la hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. O, Bundesliqanın yeni mövsümünün ilk turunda 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin