
“Bayern” onun üçün təklifini yaxşılaşdırıb
“Bayern” Luis Diasın transferi üçün təklifini yaxşılaşdırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu 28 yaşlı vingerin transferinə görə “Liverpul”a 67,5 milyon avrodan çox təklif edib.
Klublar arasında danışıqlar davam edir. Mersisaydlılar daha əvvəl Diası 67,5 milyon avroya satmaqdan imtina etmişdilər.
Kolumbiyalı futbolçu isə artıq “Bayern”lə 4 illik müqaviləni razılaşdırıb və onun maaşı vergilərdən əlavə 14 milyon avro, həmçinin, performansa görə bonuslar olacaq.
Luis Dias son mövsümdə Premyer Liqada keçirdiyi 36 matçda 13 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin