“Bayern” onun üçün danışıqlara başlayıb – Rəsmi

Leverkyzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virts “Bayern”ə keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen təmsilçisi artıq almaniyalı futbolçunun transferi ilə bağlı “Bayer”lə rəsmi danışıqlara başlayıb.

“Bayern” bu keçidi tezliklə rəsmiləşdirmək və Virtsi qarşıdakı Klublararası dünya çempionatında komandaya kömək etməsi üçün heyətinə qatmaq niyyətindədir. Buna baxmayaraq, leverkuzenlilər onu 2026-cı ilin yayına qədər heyətdə saxlamaq istəyir və transferi üçün 150 milyon avro tələb edir.

22 yaşlı oyunçu cari mövsümdə bütün turnirlərdə 44 oyunda iştirak edib, 16 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button