
“Bayern” onun transferini müzakirə edir
“Bayern” rəhbərliyi “Ştutqart”ın hücumçusu Nik Voltemadenin transferini müzakirə etməyə davam edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu yay transfer dönəmində almaniyalı futbolçunu almaq üçün bir neçə dəfə cəhd göstərsə də, “Ştutqart” hər dəfə təklifi rədd edib.
Son günlərdə Voltemadenin transferi “Bayern” daxilində yenidən əsas müzakirə mövzularından birinə çevrilib. Gələn bazar ertəsi klubun müşahidə şurasının iclası keçiriləcək və orada transfer pəncərəsinin son günlərində mümkün olan yeni keçidlər, o cümlədən Voltemade məsələsi müzakirə olunacaq.
“Bayern” yaxınlarda daha bir futbolçunu icarə əsasında heyətinə qatmaq niyyətində olduğunu açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



