
“Bayern” müdafiəçisinin satışından 50 milyon avro qazanmaq istəyir
“Bayern”in mərkəz müdafiəçisi Kim Min Jae yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu cənubi koreyalı futbolçunun satışından 50 milyon avro əldə etmək niyyətindədir. İngiltərə, İtaliya, Fransa klubları vəziyyəti diqqətlə izləyir və yaxın günlərdə oyunçu üçün rəsmi təkliflərin gəlməsi gözlənilir.
Kim Min Jae son mövsümdə bütün turnirlərdə 43 matçda iştirak edib və 3 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin