PSJ-ni seçdi, “Bayern”i məyus etdi
“Bayern” “Renn”in yarımmüdafiəçisi Desir Doayinin PSJ-yə keçmək qərarından məyus olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern” rəhbərliyi futbolçunun özündən və Fransa klubundan müsbət siqnallar hiss edib. Belə ki, Münhen klubu onun uğrunda yarışda qalib gələcəklərinə inanıb.
Dünən Doayi “Bayern” nümayəndələrinə PSJ-yə keçmək qərarına gəldiyini söyləyib. Münhenlilərin idman direktorları Kristof Freund və Maks Eberl, eləcə də baş məşqçi Vensan Kompani onu almaq istəyirdilər.
19 yaşlı yarımmüdafiəçi Fransa çempionatının son mövsümündə 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin