“Çelsi”nin hücumçusu Almaniya klubuna keçə bilər

“Çelsi”nin hücumçusu Kristofer Nkunku hələ də “Bayern”in transfer siyahısında yer alır.

Münhen klubu fransalı futbolçu ilə artıq yanvarda şifahi razılıq əldə etmişdi, ancaq o vaxt londonlularla transfer şərtlərində anlaşma mümkün olmamışdı.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Nkunkunun “Bayern”ə keçidi yay bitənədək reallaşa bilər. Ancaq bu transferin taleyi əsas hədəf sayılan “Ştutqart”ın futbolçusu Niko Voltemade ilə danışıqların davam etdirilib-etdirilməməsindən asılıdır.

27 yaşlı hücumçu “Bayern”ə keçmək istəsə də, karyerasını davam etdirmək üçün başqa variantları da var. Almaniya çempionlarının rəhbərliyi Nkunkunun universal oyun üslubunu yüksək qiymətləndirir. O, hücumun mərkəzində, forvardların arxasında və cinahda oynaya bilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button