
Almanlar Uilyamsın “Barselona”ya keçidini pozmağa çalışır
İspaniya millisinin və “Atletik”in futbolçusu Niko Uilyamsın transferi ətrafında səs-küylü hadisələr davam edir.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 22 yaşlı vingerin “Barselona” qarşısında qeydiyyatla bağlı irəli sürdüyü tələblər danışıqlarda problem yaradıb.
“Bayern” vəziyyəti yaxından izləyir və Uilyamsın “Barselona”ya keçidini pozmağa hazırdır. Münhen təmsilçisi ispaniyalı futbolçunun müqaviləsindəki 58 milyon avroluq sərbəstqalma bəndini aktivləşdirməyə razıdır. Üstəlik, sözləşməyə əlavə faizlərin də daxil olduğu bildirilir.
Buna baxmayaraq, “Bayern” rəhbərliyi anlayır ki, Uilyams üçün əsas prioritet hələ də “Barselona”dır. Maraqlı məqam isə odur ki, “Atletik”in özü onun Almaniya klubu ilə anlaşmasını daha uyğun variant kimi görür.
Bizi Facebook-da izləyin