“Bayern” müdafiəçisi ilə anlaşa bilmir

“Bayern” müdafiəçisi Dayot Upamekanonun komandadan ayrılması ehtimalına hazırlaşır.

Münhen klubunun rəhbərliyi fransalı oyunçunun müqaviləsinin müddətini hələ də uzada bilməyib və mövcud sözləşmə mövsümün sonunda başa çatacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern” Upamekanonun əvəzinə iki əsas variantı nəzərdən keçirir: “Kristal Pelas”dan Mark Quehi və Dortmund “Borussiya”sından Niko Şlotterbek.

Quehi 2026-cı ilin iyulunda azad agent statusu alacaq və onun transferi uğrunda “Liverpul” və “Real”la rəqabət olacaq.

Şlotterbekə gəlincə, ehtimala görə, ona yenə də “Liverpul” maraq göstərir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button