Almaniya klubunun nümayəndələri Uilyamsı stadiondan izlədi

“Bayern” “Atletik”in və İspaniya millisinin vingeri Niko Uilyamsa marağını artırıb.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Münhen klubunun nümayəndələri UEFA Millətlər Liqasının Fransa ilə keçirilən yarımfinal oyununu (5:4) stadiondan izləyib. Məqsəd isə 22 yaşlı futbolçunun çıxışını canlı şəkildə dəyərləndirmək olub.

Almaniya klubu artıq uzun müddətdir ki, Uilyamsın inkişafını yaxından izləyir, indi isə onun müqaviləsindəki təxminən 60 milyon avro dəyərində sərbəstqalma maddəsini aktivləşdirməyi nəzərdən keçirir. Bu məbləğ, klubun digər hücumçu hədəfləri ilə müqayisədə daha əlçatan sayılır.

Uilyams 2024/25 mövsümündə La Liqada 29 oyunda iştirak edib, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button