“Bayern” onu satmaq qərarına gəlib

“Bayern” sol cinah müdafiəçisi Alfonso Deyvisin gələcəyi ilə bağlı qərar verib.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, Münhen klubu kanadalı futbolçunu transfer pəncərəsinin qalan günlərində satmaq istəyir.

“Bayern” Deyvisin bir ildən sonra başa çatacaq müqaviləsini uzada bilməz. O, çox yüksək maaş tələb edir və rəhbərlik onun istəklərini təmin etmək fikrində deyil. Belə ki, “Bayern” Alfonsonu pulsuz itirməmək üçün bu transfer pəncərəsində satmaq istəyir.

“Real” Deyvisə əsas namizəd olaraq qalır, lakin “kral klubu” əvvəllər onun üçün tələb olunan 50 milyon avronu ödəmək istəmirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button