“Bayern” onu satmağa hazırdır
“Bayern” yarımmüdafiəçisi Coşua Kimmixin bir ildən sonra başa çatacaq müqaviləsini bu yay yeniləməyəcəyini gözləyir.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almanlar 29 yaşlı futbolçunu bu transfer pəncərəsində 30-40 milyon avroya satmağa hazır olacaq.
Hans-Diter Flikin baş məşqçisi olduğu “Barselona” almaniyalı yarımmüdafiəçinin transferində maraqlıdır. Almaniyalı çalışdırıcı Kimmixlə “Bayern”də və Almaniya millisində çalışıb.
Kimmix hazırda Avropa çempionatında milli komandanın heyətində çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin