“Bayern” onu Keynin varisi hesab edir

“Leyptsiq”in hücumçusu Lua Openda komandasını dəyişə bilər.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “Bayern” belçikalı forvardla maraqlanır.

Openda Münhen klubunda Harri Keynin varisi ola bilər. Onun müqaviləsi 2026-cı ilin yayından etibarən 80 milyon avroya satınalma şərtini əhatə edəcək. Həmçinin, Keynin “Bayern”lə anlaşması 2026-cı ildə başa çatacaq.

24 yaşlı forvard Almaniya çempionatının cari mövsümündə 9 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button