
“Bayern” fransalı müdafiəçini buraxmaq istəmir
“Bayern” müdafiəçisi Dayot Upamekano ilə danışıqları davam etdirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hələlik tərəflər arasında maaş və bonus imzalanması ilə bağlı razılıq yoxdur. Ancaq “Bayern” fransalı futbolçunu həqiqətən də saxlamaq istəyir və ona müddəti 2030-cu ilə qədər olan müqavilə təklif edir.
İddia olunur ki, Upamekanonun çevrəsi hazırda müqavilənin təhlükə altında olduğuna inanmır və danışıqlar həmişəki kimi davam edir.
26 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 33 matçda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



