
“Bayern” alman hücumçu üçün xüsusi büdcə ayırıb
“Bayern” yay transfer bazarında işini hələ yekunlaşdırmayıb.
Münhen klubu “Ştutqart”ın hücumçusu Nik Voltemadeni heyətinə qata bilməsə də, 23 yaşlı alman hələ də əsas transfer hədəfi olaraq qalır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu keçid üçün xüsusi büdcə də ayrılıb.
Bundan əlavə, “Bayern” Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçməyə qərar verən Kinqsli Komana əvəzedici tapmaq istəyir. Klub rəhbərliyi heyətin sayını azaltmağı məqsədəuyğun saysa da, UEFA Çempionlar Liqasında uğurlu çıxış üçün kadr dərinliyinin vacibliyini də anlayır.
“Bayern” son mövsümdə Vensan Kompaninin rəhbərliyi altında Bundesliqanın qalibi olub, Çempionlar Liqasında 1/4 finala, Almaniya kubokunda isə 1/8 finala qədər irəliləyib.
Bizi Facebook-da izləyin