“Bayern” onu almaq istəyən yeganə klub deyil”
“Ayntraxt”ın (Frankfurt) idman direktoru Markus Kreşe “Bayern”in hücumçu Kolo Muani ilə maraqlanmasına münasibət bildirib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, fransalı futbolçu ilə təkcə Münhen klubunun maraqlanmadığını deyib:
“İndiyə qədər nə “Bayern”dən, nə də başqa hansısa klubdan konkret müraciət almışıq. Təbii ki, Muani oyunu ilə diqqət mərkəzindədir. “Bayern” kimi klubun da onunla maraqlanması normaldır.
Onu da deyim ki, “Bayern” onu almaq istəyən yeganə klub deyil. Bir məsələ də var: Muani özünü bizimlə çox rahat hiss edir”.
Öncədən Frankfurt təmsilçisinin 100 milyon avro və bonuslar müqabilində Kolo Muani ilə ayrılmağa hazır olduğu bildirilmişdi.
Fransalı forvard ötən ilin yayından Bundesliqa klubunda forma geyinir. Cari mövsümdə o, “Ayntraxt”ın heyətində 40 oyuna çıxıb, 20 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin