“Bayern” onu almağa hazır deyil
“Bayern”in Joao Kanselonu “Mançester Siti”dən almaq ehtimalı çox az dəyərləndirilir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Münhen təmsilçisinin müdafiəçi üçün 70 milyon avro ödəməyə hazır olmamasıdır.
Portuqaliyalı müdafiəçi icarə əsasında Almaniya klubunda çıxış edir. Müqavilədə futbolçunun qeyd olunan məbləğə alınması bəndi var.
Öncədən “Arsenal” və “Barselona”nın 28 yaşlı futbolçu ilə maraqlandığı bildirilirdi.
Kanselo cari mövsümdə “Bayern”in heyətində 19 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin