“Bayern” “veteranlar”ı yola salmağa hazırlaşır
“Bayern”də hesab edirlər ki, Manuel Noyer və Tomas Müller bir ildən sonra karyerasını bitirəcək.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, “Bayern”in rəhbərliyi Noyer və Müllerin qarşıdan gələn mövsümün sonunda butslarını asacaqlarını gözləyir ki, bu da Münhen klubunun maaş fondunu əhəmiyyətli dərəcədə yüngülləşdirəcək.
Hər iki oyunçu komandada ən yüksək maaş alanlardandır və hər biri ildə təxminən 20 milyon avro qazanır.
Manuel Noyerin indi 38 yaşı var. O, 2011-ci ildə “Şalke”dən “Bayern”ə keçib. Tomas Müller bütün peşəkar karyerasını bu komandada keçirib. Forvardın 35 yaşı sentyabrda tamam olacaq.
Hər iki futbolçu Almaniya millisinin Avropa çempionatı üçün heyətinə daxil edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin