“Bayern” almaniyalı hücumçuya 5 illik müqavilə təklif edir

“Bayern” hücumçu Nik Voltemadeni almaq üçün “Ştutqart”a təklif göndərməyə hazırdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu artıq almaniyalı futbolçu ilə şəxsi razılaşmanın məqamlarını müzakirə edib və indi “Ştutqart”la danışmağa hazırlaşır.

“Bayern” Voltemadeyə 5 illik müqavilə təklif edir. “Ştutqart” liderlərindən birini saxlamağa ümid edir, lakin onların şansları azdır.

23 yaşlı forvard 2024/2025 mövsümündə bütün klub yarışlarında 33 oyun keçirib, 17 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button