“Bayern”ə keçə bilər – Keynə görə
“Bayern” bu qış “Nyukasl”ın kapitanı Kiran Trippyeri transfer etməyi planlaşdırır.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi Münhen təmsilçisinin hücumçusu Harri Keynlə yaxın dostluq münasibətləri saxlayır. Buna görə də, Kiran bu keçidə müsbət yanaşır. Onun Münhen klubuna icarə əsasında keçəcəyi gözlənilir.
Trippyer bu mövsüm “Nyukasl”la 28 matçda meydana çıxıb və 8 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin