“Bayern” Noyerlə bağlı qərar verməyə tələsmir
“Bayern” qapıçısı Manuel Noyerlə yeni müqavilə imzalamağa tələsmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, müqaviləsi gələn ilin yayında başa çatacaq kapitanın gələcəyinə bu ilin sonuna qədər aydınlıq gətirilməsi planlaşdırılsa da, indi danışıqlar təxirə salına bilər.
“Bayern”in rəhbərliyi yekun qərar verməzdən əvvəl yaxın aylarda 38 yaşlı qolkiperin formasını dəyərləndirmək niyyətindədir.
Noyer cari mövsümdə “Bayern”in heyətində 12 oyun keçirib və 12 qol buraxıb. Almaniya millisinin keçmiş qolkiperinin mart ayında 39 yaşı tamam olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin