“Bayern” Xavidən əl çəkmir
“Bayern” Xavi Simonsu transfer etmək fikrindən əl çəkmir.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, PSJ-nin futbolçusu bu yay Münhen komandasının sıralarına qoşula bilərdi, lakin o, yenidən “Leyptsiq”ə icarəyə getməyə qərar verib.
Niderlandlı yarımmüdafiəçi “Bayern”in maraq dairəsində qalır və klub bir ildən sonra onun transferi üçün cəhd edə bilər. Xavinin PSJ ilə müqaviləsinin bitməsinə iki il qaldığından, o vaxta qədər qiymətinin düşəcəyi gözlənilir.
“Bayern”in 2025-ci il üçün əsas hədəfi “Bayer”dən Florian Virtsdir, lakin onu transfer etmək o qədər də asan olmayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin