“Bayern” Keynlə danışıqlara başlayıb
“Bayern” “Tottenhem” klubunun hücumçusu Harri Keyni transfer etmək fikrindədir.
Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Almaniya təmsilçisi öncədən ingiltərəli oyunçunu transfer etməkdən vaz keçmişdi. Lakin hazırda vəziyyət dəyişib və onun mümkün keçidi həmişəkindən daha aktualdır. Münhen təmsilçisi Keynlə danışıqlara başlayıb.
Öncədən “Mançester Yunayted”in artıq İngiltərə milli komandasının forvardı ilə maraqlanmadığı bildirilirdi.
Keyn 2022/23 mövsümündə “Tottenhem”in heyətində 38 oyuna çıxıb və 30 qol vurub. Onun klubla müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin