Camalla danışıqlar aparılıb – Yeni müqavilə üçün

“Bayern” yarımmüdafiəçisi Camal Musiala ilə yeni müqavilə üçün danışıqlar aparıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki,  21 yaşlı almaniyalı futbolçu Münhen klubunun Vensan Kompaninin rəhbərliyi altında yeni layihəsini bəyəndiyi üçün müqaviləyə açıqdır.

Musialanın hazırkı müqaviləsi gələn mövsümün sonunda başa çatacaq. Onun çıxış etdiyi komanda hazırda Almaniya Bundesliqasının turnir cədvəlinə başçılıq edir.

Musiala bu mövsüm Almaniya çempionatının ilk 5 turunda 3 qol vurub. Onun daha əvvəl “Mançester Siti” və “Real”a potensial transferi ilə bağlı xəbərlər yayılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button