
“Bayern” Müllerlə bağlı qərar verib
“Bayern” hücumçusu Tomas Müllerə yeni müqavilə təklif etməmək qərarına gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında iki hissəli danışıqlar aparılıb. Nəticədə, klub 35 yaşlı forvardla yenidən müqavilə bağlamamaq qərarına gəlib.
Müllerin hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatacaq. O, 2009-cu ildən Münhen klubunun rənglərini qoruyur.
Almaniyalı oyunçu bu mövsüm “Bayern”in heyətində 34 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib. O, komanda ilə birlikdə 12 dəfə Bundesliqa çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin