
“Bayern” Müllerlə müqavilənin müddətini niyə uzatmır?
“Bayern”in hücumçusu Tomas Müllerlə tərəfdaşlığını niyə uzatmamaq qərarına gəldiyi məlum olub.
Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, Münhen komandasının baş məşqçisi Vensan Kompani rəhbərliklə söhbətində almaniyalı futbolçu ilə bağlı mövqeyini açıqlayıb. Belçikalı çalışdırıcı Müllerin növbəti mövsümdə müntəzəm oyun praktikasına arxalana bilməyəcəyini söyləyib.
35 yaşlı oyunçunun “Bayern”lə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. O, 2009-cu ilin yayından Münhen komandasında çıxış edir. Müller bu mövsüm Bundesliqada 23 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin