”Bayern” Müllerlə müqaviləni yeniləmək istəyir
“Bayern”in rəhbərliyi klubun hücumçusu Tomas Müllerin komandadakı gələcəyi ilə bağlı qərar verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu 34 yaşlı futbolçu ilə əməkdaşlığı uzatmaq istəyir. Klub Müllerin liderlik keyfiyyətlərinə və “Bayern” tarixinə verdiyi töhfəyə hörmətlə yanaşır.
Tərəflər arasındakı mövcud müqavilə 2025-ci ilin iyun ayının sonunda başa çatır. Müller Almaniya klubunun heyətində 710 oyun keçirib, 286 qol vurub və 274 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin