
“Bayern” milli üzvü üçün danışıqlara başlayıb
“Bayern” “Verder”in hücumçusu Niklas Fullkruqla maraqlanır.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, tərəflər mümkün keçidlə bağlı danışıqlara start veriblər. Bremen təmsilçisi futbolçunu 15-25 milyon avro satmağı düşünür.
Almaniya millisinin üzvü 2022/23 mövsümündə “Verder”in heyətində 30 oyunda 16 qol vurub, 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin