
“Bayern” Maneyə qiymət qoydu
“Bayern” hücumçusu Sadio Maneyə qiymət qoyub.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, münhenlilər 31 yaşlı hücumçunu təxminən 25-30 milyon avroya buraxacaq. Seneqallı futbolçunun Kərim Benzemanın “Əl-İttihad”a gedişindən sonra hücumu gücləndirmək istəyən “Real”a keçəcəyi ehtimal olunur.
Mane ötən yay “Bayern”ə keçib. O, ötən mövsüm komandanın heyətində 38 oyuna çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin