
“Bayern” “Mançester Yunayted”in 2 futbolçusuna göz dikib
“Bayern” “Mançester Yunayted”in iki futbolçusunu heyətinə qatmaq istəyir.
Komanda.az “Deadlinedaylive”-ə istinadən xəbər verir ki, münhenlilərin hədəfində hücumçu Rasmus Hoylund və yarımmüdafiəçi Ceydon Sanço var.
“Qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim bu oyunçularla əməkdaşlıq etmək niyyətində deyil. Bu səbəbdən, Mançester klubu onları yay transfer pəncərəsində sata bilər.
“Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasında 2 turdan sonra 1 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



