“Bayern” mənim üçün mükəmməl komandadır” – Keyn

“Bayern”in hücumçusu Harri Keyn Münhen klubuna keçidi haqda danışıb.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, ingilis futbolçu “Bayern”də oynamağı gələcək karyerası üçün müsbət dəyərləndirir:

“Biz qalib olmalıyıq. Buradakı mentalitet budur və “Bayern” mentaliteti məni daha yaxşı oyunçu edəcək və irəliləməmə kömək edəcək. Bu təcrübəni qazanmaq, titullar, Çempionlar Liqası uğrunda mübarizə aparmaq istəyirdim. Klub haqqında daha çox düşündüm: necə inkişaf edə bilərəm? “Bayern” mənim üçün mükəmməl komandadır”.

30 yaşlı ingilis futbolçu yay transfer pəncərəsində “Tottenhem”dən Münhen klubuna keçib. O, yeni komandasında iki oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button