“Bayern” 30 milyon avroluq transferə razılaşıb
“Bayern” Conatan Tanın transferi ilə bağlı Leverkuzen “Bayer”i ilə razılığa gəlib.
Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, Münhen klubu almaniyalı futbolçu üçün dərhal 25 milyon, gələcəkdə isə bonus şəklində 5 milyon avro ödəyəcək.
Klublar arasında razılaşmaya baxmayaraq, transfer hələ yekunlaşmaq üzrə deyil. “Bayern” Matteys de Liqti sata bilməsə, Tanın keçidi baş tutmayacaq. “Mançester Yunayted” niderlandlı müdafiəçi Matteys de Liqtə əsas namizəd hesab olunur.
Tanın “Bayer”lə müqaviləsinin bitməsinə bir il qalıb, ona görə də, “əczaçılar” münhenlilərə endirim etməyə razılaşıblar. Futbolçunun özü “Bayern”ə keçməyə açıqdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin