Almaniya klubu Leao üçün hərəkətə keçir

“Milan”ın vingeri Rafael Leao “Bayern”in yay transfer planlarında əsas hədəflərdən birinə çevrilib.

Münhen klubu Florian Virts üçün mübarizədə uğursuzluqdan sonra sol cinahda hücum xəttini gücləndirmək istəyir.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “Bayern” Leaonun transferini Klublararası dünya çempionatından əvvəl reallaşdırmaq niyyətindədir. Ancaq bu halın baş verməsi hələlik real görünmür.

“Milan” portuqaliyalı futbolçunu komandadan buraxmaq fikrində deyil. O, yeni baş məşqçi Massimiliano Alleqrinin layihəsində əsas fiqurlardan sayılır. Klub yalnız 120–130 milyon avro aralığında ciddi bir təklif gəldiyi halda satışa açıq ola bilər.

25 yaşlı oyunçunun “Milan”la müqaviləsinin müddəti isə 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button