“Barselona”nın 1,5 milyard avro borcu olduğunu eşidəndə yata bilməmişdim”
“Bayern” klubunun İdarə Heyətinin keçmiş sədri Karl-Haynts Rummenigge açıqlama verib.
Komanda.az xəbər verir ki, keçmiş funksioner, hazırda Avropa klublarının yaşadıqları maliyyə problemləri haqda danışıb:
“Belə vaxtlarda klubun maliyyə durumunu diqqətdə saxlamaq lazımdır. “Barselona” kimi bir nümunə var. Onların 1,5 milyard avro borcu olduğunu eşidəndə yata bilməmişdim. Futbolda belə şeylər çox narahatedicidir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin