“Bayern”in hücumçusu Serbiya klubunda
“Bayern” klubunun futbolçusu Nemanya Motika karyerasını Serbiyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 18 yaşlı hücumçu “Srvena Zvezda” klubuna keçib. Bu barədə Serbiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Motika ilə 4 illik müqavilə imzalanıb.
Motika “Bayern”in əvəzedici komandası ilə bu mövsüm 27 oyunda 16 qol vurub, 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin