“Bayern” niderlandlı məşqçinin namizədliyini nəzərdən keçirir
“Bayern” mart ayında “Feyenoord” klubundan Arne Slotu baş məşqçi təyin etmək imkanını nəzərdən keçirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı o zaman prioritet namizədlər siyahısında olmayıb, lakin son vaxtlar çox şey dəyişib.
“Bayern” bir çox mütəxəssisin namizədliyini ciddi şəkildə araşdırır və Slot rəhbərliyin qısa siyahısında kifayət qədər yüksək mövqeyə sahibdir. Arne Slotun adı bu yaxınlarda “Liverpul”la da hallanırdı, amma “qırmızılar”ın “Sportinq”dən Ruben Amorimlə bağlı qərarı hələ aydın deyil.
45 yaşlı mütəxəssis “Feyenoord”u Niderland çempionatında liderliyə və Konfrans Liqasının finalına çıxarıb. “Feyenoord” onun rəhbərliyi altında ölkə kubokunu da qazanıb.
“Bayern”in hazırkı baş məşqçisi Tomas Tuxel mövsüm bitəndən sonra komandadan ayrılacaq.
Bizi Facebook-da izləyin