
“Bayern” onu satacaq – Yeni müqavilə bağlamasa
“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix gələn mövsüm müdafiənin sağ cinahında oynayacağını bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu mövqe dəyişikliyinin onun üçün problem olmayacağını baş məşqçiyə söyləyib.
Bu arada, Kimmix “Bayern”də qalmaq istəyirsə, tezliklə müqaviləsini uzatmalıdır. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır. Ona görə də, futbolçu müqavilənin uzadılmasına razı olmasa, “Bayern” onu satacaq.
Kimmix 2015-ci ildə “Leyptsiq”dən “Bayern”ə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin