“Bayern” Keynin zədəsi ilə bağlı açıqlama yaydı

“Bayern”in mətbuat xidməti komandanın əsas hücumçusu Harri Keynin zədələnməsi ilə bağlı açıqlama yayıb. O, Bundesliqa çərçivəsində Frankfurt “Ayntraxt”ı ilə matçda (3:3) zədələnib.

Komanda.az Münhen klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, tibbi müayinə ingiltərəli futbolçunun zədəsinin ciddi olmadığını göstərib:

“Tibbi müayinə futbolçunun ciddi zədəsinin olmadığını göstərdi. O, qarşıdakı matçlar üçün İngiltərə millisinin oyunçuları siyahısında olacaq”.

31 yaşlı hücumçu Almaniya çempionatının bu mövsümündə 6 oyun keçirib, 5 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button