“Bayern” Keyn üçün yeni təklif göndərəcək
“Bayern” “Tottenhem” klubunun hücumçusu Harri Keyn üçün yeni təklif göndərməyə hazırlaşır.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Münhen təmsilçisinin yeni təklifi 70 milyon funt-sterlinq dəyərində (təxminən 82 milyon avro) olacaq.
London klubu öncədən 29 yaşlı futbolçunu 70 milyon avroya satmaqdan imtina etmişdi.
Keyn 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 49 oyunda 32 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla hazırkı sözləşməsi 2024-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin