“Bayern” Keyn üçün 100 milyon avro təklif edib

“Bayern” ingiltərəli hücumçu Harri Keyn üçün “Tottenhem”ə 100 milyon avro təklif edib.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu üçün bu məbləği London klubunun baş direktoru Daniel Levi istəyib.

Daha əvvəl bildirilmişdi ki, Keynin həyat yoldaşı Münhendə mülk və məktəb axtararkən görüntülənib.

Keyn 2022/23 mövsümündə “Tottenhem”in heyətində 49 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button