
“Bayern” Keynə əvəzləyici tapıb
“Maynts”ın hücumçusu Conatan Burkardt Almaniya çempionatında daha statuslu kluba keçə bilər.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, “Bayern” 24 yaşlı futbolçunu heyətinə qatmaqda maraqlıdır. Münhen klubu onu Harri Keynin potensial əvəzləyicisi kimi nəzərdən keçirir.
Burkardt 2024/2025 mövsümündə 23 matçda iştirak edib, 16 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



