“Bayern” Keynsiz daha çox qol vururdu” – Keçmiş futbolçu

“Bayern”in sabiq futbolçusu Ditmar Hamann hücumçu Harri Keynin Münhen klubuna transferi ilə bağlı fikirlərini bildirib.

Komabda.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, komandanın Keynsiz keçən mövsüm daha uğurlu olduğunu qeyd edib:

“Klub neçə kubok qazandı? Komanda keçən mövsüm Keynsiz daha çox qol vururdu. O, çox böyük maaş alır, keçidi 100 milyona başa gəlib. Thel onun yerinə ön sıralarda oynasaydı, məncə, bundan pis olmazdı. Amma Keyni günahlandırmıram. Klub onun adı olan çoxlu köynəkləri satıb. Ulduz futbolçu transfer olundu. Bunun səhv olub-olmaması mübahisəlidir”.

30 yaşlı ingilis futbolçu Almaniya çempionatının bu mövsümündə 36 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button